Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin qafqazşünaslıq kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.
Fakültənin decani, dosent İbrahim Kazımbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar hazırlanan tədbirlər planı haqqında məlumat verib. Siyasi sistemdə özünəməxsus, çoxşaxəli fəaliyyəti olan Heydər Əliyevin siyasi və milli-mənəvi irsinin bir çox istiqamətlərdə öyrənilməsinin mümkünlüyündən danışan dekan Ulu Öndərin uzaqgörən siyasətinin milli məfkurəyə, azərbaycançılıq ideologiyasına söykəndiyini vurğulayıb.
Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, kafedranın dosentləri Şəlalə Bağırova “Heydər Əliyevin milli birlik siyasəti”, Xatirə Hacıyeva “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı”, Qorxmaz Mustafayev “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının formalaşdırılması”, kafedranın müəllimi Aygün Həsənova “Heydər Əliyevin gənclər siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
ADU-nun Mətbuat Xidməti