Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının birgə təşkilatçılığı ilə “ADU və multikulturalizm ənənələri” mövzusunda dəyirmi masa keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla multikulturalizmin tarixi, mədəniyyəti, mənəviyyatı, ədəbiyyatı, dini özündə cəmləşdirdiyini deyib. Rektor bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycan multikulturalizmini dünya universitetlərinə təqdim edə bildik:
“Əvvəlcə biz təqdim edirdik, daha sonra onlar bizi dəvət etməyə başladı. Azərbaycan multikulturalizminə maraq, Şərq ölkəsinin avropalılarda oyatdığı maraq Şərq və Qərb münasibətlərinin bugünkü təzahüründən başqa, eyni zamanda Azərbaycan dövlətçiliyinin bu gün qazandığı uğurlara olan münasibətdir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti dərəcəsinə gətirilməsi öz-özlüyündə dünyada multikulturalizmin iki qütbünü müəyyənləşdirdi. Bədbin qütb və nikbin qütb. Multikulturalizmə bu istiqamətdən baxanda Prezidentimizin təşəbbüsü ilə keçirilən bir çox tədbirlər olmasaydı, bu gün Azərbaycan multikulturalizmi dünyada öz mövqeyini bu şəkildə qura bilməzdi. Bütün görülən işlər sistemli şəkildə bir-birini tamamladı. Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi o universitetlərin tələbələrinin Azərbaycana qış və yay məktəblərinə gəlişi ilə tamamlanırdı. Daha sonra həmin tələbələrin Azərbaycanla əlaqələrinin başqa forması yaranırdı”.
K.Abdulla multikulturalizmin həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılma vasitəsi olduğunu deyib: “Artıq Azərbaycan həqiqətlərini azərbaycanlılar yox, onların dostları ifadə etməyə başlayıblar. Bu isə çox ciddi bir dönüş nöqtəsidir”.
K.Abdulla multikultural təhlükəsizliyin də mövcud olduğunu düşündüyünü deyib: “Belə bir anlayış artıq öz-özünə formalaşmış anlayışdır. Hər ölkənin öz multikultural təhlükəsizliyi olmalıdır. Bu o deməkdir ki, ölkə daxilindəki xalqlar özlərini azad, rahat və bərabərhüquqlu hiss etməlidirlər. Azərbaycan öz timsalında multikultural təhlükəsizliyin əsas prinsiplərini qoruya bilmiş, qurmuş və bu istiqamətdə perspektivlərini görə bilən bir ölkədir”.
Akademik, həmçinin multikulturalizmin terrora qarşı yönəlmiş təsirindən də danışıb. Rektor multikultural dəyərlərin inkişaf etdirilməsi istiqamətində ADU-nun yaxın iştirak etdiyini deyib.
Kafedranın müdiri professor Adil Babayev Azərbaycan multikulturalizminin dünyada özünə şərəfli yer tutduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin multikulturalizmin yeni inkişaf modellərini qurduğunu qeyd edən professor Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasından söz açıb. O, dünyanın müxtəlif ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən danışan A.Babayev multikulturalizmin milli dəyərlərimizin əsasında qurulduğunu söyləyib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq ETL-nin aparıcı elmi işçisi akademik Möhsün Nağısoylu “ADU multikulturalizmin bir nümunəsi kimi”, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov “Çoxqütblü müasir dünyada dillərin və mədəniyyətlərin dialoqu”, Sosial məsələlər üzrə müşavir dosent Ələddin Əliyev “Azərbaycan Dillər Universitetində tarixi-ictimai ənənələr”, universitetin Multikulturalizm ETL-nin elmi işçisi, BBMM-in şöbə müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənnlərinin tədrisinin funksional rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti