ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansının dəvəti ilə ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.
Təqdimatdan əvvəl çıxış edən Alyansın həmtəsisçiləri Miç Silberman və Mark Vidaver Azərbaycanın ABŞ və İsrail üçün strateji önəm daşıdığını vurğulayıb, onun qədim tolerantlıq və multikulturalizm ənənələrini təqdir ediblər.
Baş konsul Nəsimi Ağayev çıxışında Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci ildə xalqımız Azərbaycan Xalq Cümhuriyyətini qurub, bu respublika müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət olmaqla yanaşı, həm də müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tarixə düşüb.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verən baş konsul əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.
Bundan başqa, N.Ağayev Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ildən-ilə daha da genişləndiyini bildirib.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalçılıq siyasətinə toxunan baş konsul bildirib ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsində yəhudi vətəndaşlar da iştirak edib, onlardan biri - 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş dağ yəhudisi Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Baş konsul bildirib ki, Aqarunovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaxın vaxtlarda onun Bakıda ucaldılmış abidəsinin rəsmi açılışı olacaq.
Sonra N.Ağayev iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az