Aİİ-nin tələbələri dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Aİİ-nin tələbələri dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi paytaxtdakı dağ yəhudilərinin sinaqoqunu ziyarət edib.
Rektor Ceyhun Məmmədov yəhudilərin ölkəmizdə əsrlərboyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşadıqlarını qeyd edib. O vurğulayıb ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.
Diqqətə çatdırılıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır.
Azərbaycanda yaşayıb fəaliyyət göstərən azsaylı xalqların nümayəndələrindən biri olan dağ yəhudiləri cəmiyyətimizin bütün sahələrində dərin iz qoyublar. Azərbaycan torpaqlarının ərazi bütövlüyü təhlükə altında olanda onlar kənarda qalmayıblar. Cəsur tankçı Albert Aqarunov 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub və ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun xatirəsi indiyədək Azərbaycan xalqının qəlbində yaşayır.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Daha sonra Aİİ-nin tələbələrinin yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırılıb.
Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Aİİ-nin Mətbuat Xidməti


Aİİ-nin tələbələri dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Aİİ-nin tələbələri dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Aİİ-nin tələbələri dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Oxşar xəbərlər