Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Uşaq və gənclərə qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən biri seçən Azərbaycan dövləti onların hazırkı həyat şəraitlərinin yaxşılaşmasına çalışmaqla yanaşı, gələcəklərini də daim diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin rəhbərliyi altında uşaqların sağlam yetişməsi, onların ölkəmizin etibarlı gələcəyinə töhfələr verə bilməsi üçün yetərincə işlər görülür.
Qeyd edək ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. 10 saylı sanatoriya tipli internat məktəbinin direktoru Münəvvər Əşrəfova Trend-ə bildirib ki, binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə əsaslı təmir və tikinti işlərinə başlanılıb. Binanın təmirdən əvvəlki vəziyyəti ilə indiki durumu arasında çox böyük fərq var: sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqlarla təchiz olunub:
“Bu məktəbdə uşaqlar üçün indi çox gözəl şərait yaradılıb. Sinif otaqlarımız yeni avadanlıqlarla təmin edilib, ayrıca fizika, kimya kabinetlərimiz, laboratoriyalarımız və s. var. Artıq “Müasir standartlara uyğun bir internat məktəbimiz var” deyə bilərik”.
Hazırda internat məktəbinin təlim-tərbiyəsi ilə 97 nəfərin məşğul olduğunu deyən direktorun sözlərinə görə, bu təhsil müəssisəsində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır:
“Burada yel xəstəliyi diaqnozu olan və aztəminatlı ailələrin uşaqları təhsil alırlar. Məktəbin açılışında Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etməsi bizi çox sevindirdi. Uşaqlar məktəbdəki yeni şəraitdən çox məmnundurlar. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya uşaqlara göstərilən bu qayğı və diqqətə görə öz adımdan, eyni zamanda, uşaqların adından təşəkkür edirəm”.
10 saylı sanatoriya tipli internat məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Məlahət İsmayılova da məktəbdə aparılan təmir işlərinə, yaradılan şəraitə görə Birinci vitse-prezident Mehriban Əliyevaya bütün kollektiv adından minnətdarlığını bildirib:
“Məktəbizimin açılışı zamanı böyük qürur hissi keçirdik. Binanın hər tərəfi gül-çüçəklə bəzədilib. Biz heç təsəvvür də edə bilməzdik ki, nə vaxtsa fəxrlə, sevinclə belə bir gözəl məktəbə ayaq basacağıq”.
M.İsmayılovanın sözlərinə görə, məktəbdə aparılan bu işlər pedaqoji heyəti daha məsuliyyətlə çalışmağa həvəsləndirib. O, təhsil sistemində aparılan bu işlərin gənc nəslin formalaşmasına müsbət təsir etdiyinə əmin olduğunu söyləyib:
“Biz dövlətimizlə fəxr edirik və söz veririk ki, məktəbimizin şagirdlərini böyük həvəslə Vətən üçün, gələcək həyatımız üçün yetişdirəcik, gözəl gənc nəslin formalaşmasına öz töhfəmizi verəcəyik”.
Sözügedən internat məktəbində 2 nəvəsi təhsil alan Şahkərəmova Azadə də məktəbdə yaradılan yeni şəraitdən razılıq edib: “Bu məktəb çox gözəl təmir edilib, burada bütün şərait yaradılıb. İdman zalı, yeməkxana, siniflər - hər bir yer gözəldir. Allah Birinci vitse-prezident Mehriban Əliyevadan razı olsun, Allah ona cansağlığı versin”.
10 saylı sanatoriya tipli internat məktəbin ibtidai sinif müəllimi Aynurə Nəcəfova da yeni məktəb binasının əvvəlki ilə müqayisəedilməz dərəcədə fərqləndiyini deyib:
“Yeni məktəb binasında əsaslı dəyişikliklər edilib. Məktəbimizin idman zalı çox genişlənib, siniflərimiz hədsiz dərəcədə gözəlləşdirilib. Belə gözəl bir şərait yaratdığı üçün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.
A.Nəcəfova hesab edir ki, məktəbdə yaradılan gözəl şərait müəllimlərin məsuliyyət hissini daha da artıracaq, onların şagirdlərin yetkin şəxsiyyət kimi, vətənpərvər ruhda yetişdirmək amalını daha da gücləndirəcək.
10 saylı sanatoriya tipli internat məktəbin ibtidai sinif müəllimi Məhərrəmova Günay isə qeyd edib ki, məktəbdə yaradılan yeni şərait təkcə şagirdlərdə deyil, həm də müəllimlərdə xoş təəssürat yaradıb:
“Yeni avadanlıqlarla təchiz edilmiş sinif otaqlarımız daha gözəl görünür, məktəbimizin ətrafı yaşıllıqla əhatə edilib. Bütün bunlar təkcə şagirdləri deyil, biz müəllimləri də çox sevindirir. Çalışacağıq ki, yaradılan belə gözəl şərait müqabilində dərslərimizi daha yaxşı keçək, onları şagirdlərimiz üçün daha səmərəli edək”.
Xırdaxanım Quliyeva isə artıq 5 nəvəsinin 10 saylı sanatoriya tipli internat məktəbinin məzunu olduğunu, hazırda iki nəvəsinin bu təhsil müəssisəsində oxuduğunu bildirib: “Dövlətimiz, Birinci vitse-prezident Mehriban Əliyeva sağ olsun ki, nəvələrim üçün, ümumən uşaqlarımız üçün belə gözəl şərait yaradıb”.
Tehsil-press.az