Yardımlı rayon Honuba kənd tam orta məktəbin müəllim və şagird kollektivi də bütün məktəblərdə olduğu kimi bayraq gününə həsr olunmuş tədbir həyata keçirib.Tədbiri giriş sözü ilə açan məktəb direktoru Ələddin Astanov dövlət bayrağının tarixi ilə yanaşı onun müqəddəsliyindən və dövlətçiliyimizin,müstəqilliyimizin əsası olmasından bəhs edib.Daha sonra təlim tərbiyə işləri üzrə təşkilatçı direktor müavini Mehman Ağayev və müəllim kollektivindən bəziləri çıxış ediblər.Onlar öz çıxışlarında üzərində şəhid qanı olan bu müqəddəs 3 rəngli bayrağımızın tezliklə Qarabağ səmalarında dalğalanacağına əminliklərini ifadə ediblər.
Müəllimlərin çıxışından sonra şagirdlərin hazırladığı bədii hissəyə yer verilib. Şagirdlərdən Mirhəbibli Mələk, Şükürlü Əmin,Rzalı Aynurə, Şükürlü Hüseyn və başqaları hazırladıqları şeir və məqalələr ilə çıxış ediblər.
Sonda bayrağın bir millətin,bir dövlətin varlıq rəmzi, müstəqillik simvolu olduğu bir daha vurğulanıb.
Bir daha məktəb kollektivi adından bütün dünya azərbaycanlılarını 9 noyabr bayraq günü münasibətilə səmimi qəlbdən təbrik edir və bu şanlı bayrağımızın bütöv Azərbaycan səmalarında dalğalanmasını arzu edirik.
Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa VƏTƏNDİR!

Yardımlı rayon Honuba kənd tam orta məktəbin müəllimi
Vəzir MİRZƏYEV
Vəzir MİRZƏYEV