1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir 30 may 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların . Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Müstəqil ölkəmizin azad uşaqlarıyıq” adlı tədbir keçirilmişdir. İlk öncə Mərkəzin qonaqları “Lalə” uşaq bağçasının körpələri olmuşdur. Körpələr Mərkəzdə açılmış uşaqların əl işlərindən ibarət “Rəngli dünyam” adlı sərgiyə, Ulu Öndər Heydər Əliyevin uşaqlıq illərindən bəhs edən rəsmlərə tamaşa etmiş, sonra isə şeirlər söyləmişlər. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva sıx əməkdaşlığa görə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Lalə” uşaq bağçasına Mərkəzin Fəxri Fərmanını təqdim etmişdir. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilmişdir. Tədbirdə təhsil, mədəniyyət işçiləri, 10 saylı tam orta məktəbin və Qarasu kənd orta məktəbinin bir qrup müəllim və şagirdləri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açmış, uşaqları bayram münasibəti ilə ürəkdən təbrik etmişdir. O, uşaqlar üçün Heydər Əliyev Mərkəzində açılmış kurslar, dərnəklər, yay məktəbi barədə geniş məlumat vermişdir. Sonra tarixçi Mübariz Xəlilov və Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev öz çıxışlarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən, uşaqların hüquqlarından, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan geniş söhbət açmışlar. Çıxışlardan sonra Qarasu kənd orta məktəbinin şagirdlərinin ifasında “Bayraq” rəqsinə tamaşa edilmiş, 10 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinin ifasında “Azərbaycan əsgəri”, “Çırpınırdı qara dəniz” mahnıları, həmin məktəbin 4-ci sinif şagirdlərinin ifasında şeirlər və mahnılar səsləndirilmişdir. Tədbirin sonunda Mərkəzin direktoru Aytən Zülfəliyeva Qarasu kənd orta məktəbinin müəllimi Nəzirova Günay Nemət qızına Fəxri Fərman təqdim etmiş, 10 saylı tam orta məktəbin şagirdləri Həsənova Asiman, Aslanova Aysel və Məmmədova Həliməni isə Diplomla təltif etmişdir.

Mətbuat Xidməti


1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

Oxşar xəbərlər