"EuroHome” tikinti materialları bazarındakı yanğın söndürülüb - FHN

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Tehsil-press.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.

Tehsil-press.az


Oxşar xəbərlər