Nazir müavini: Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur

Nazir müavini: Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur Paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarındakı yanğına 250-dən artıq canlı qüvvə və 32 texnika cəlb olunub.
Bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının yayılma təhlükəsi yoxdur:
“Yanğın 3 saatdan artıqdır ki, davam edir. Müxtəlif yerlərdə mənbələr var, bunlar quru taxtalardır. Yanğının sahəsinə gəldikdə isə, təqribən 1500 kv.m-dən artıqdır. Hadisənin səbəbi isə işlərin yekununda bilinəcək”.
Nazir müavini əlavə olaraq bildirib ki, rayonlarda da meşə və meşə ətrafında olan yanğınlar davam edir.
Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.
Bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, hazırda yanğın davam edir: "Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".

Tehsil-press.az

Oxşar xəbərlər