Narkoloji Mərkəzdəki yanğında 3 nəfər tüstüdən zəhərlənib - ADLARI

Narkoloji Mərkəzdəki yanğında 3 nəfər tüstüdən zəhərlənib - ADLARI Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.
Hadisə nəticəsində tüstüdən zəhərlənən 1970-ci il təvəllüdlü Kərimov Vüqar Fikrət oğlu, 1983-cü il təvəllüdlü Nadirov Kamal Ramiz oğlu və 1983-cü il təvəllüdlü Qafarov Vasif Hüseynxan oğlu şöbəyə yerləşdirilib.
Yaralıların səhhəti kafi qiymətləndirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər