Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini ziyarət ediblər.
Tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.
Ziyarət zamanı Heydər məscidinin imamları tələbələrlə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisəsi institut tələbələri üçün Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzəri olan kənd məscidinə, Avropa və Gürcüstan yəhudilərinin sinaqoquna, Qəbələnin Nic kəndində yerləşən Alban kilsəsinə, Şamaxıda təşkil olunan “Qış məktəbi” layihəsi çərçivəsində Dəmirçi kənd məscidinə və Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı Cümə məscidinə, Qubada fəaliyyət göstərən məscidlərə ziyarətlər təşkil edib.

Aİİ-nin Mətbuat Xidməti