Hoteldə istirahət etməkdən yorulanlar üçün: Kruiz səfərləri

Hoteldə istirahət etməkdən yorulanlar üçün: Kruiz səfərləri Çoxumuzun sevimli bayramı Yeni il yaxınlaşır. Növbəti il üçün planlar və hədəfləri müəyyənləşdirməyin vaxtıdır. Yeni il həm də yeni başlanğıclar, yeni təcrübələr deməkdir. İş, ailə, gündəlik həyat qayğıları arasında mütləq tətil planı da indidən müəyyənləşməli və gələcək illərə 2020-ci ildən xoş xatirələr toplanmalıdır.
Tətil elə bayram qədər insanların həyatına həyəcan qatır, lakin monoton tətillər maraqsızlaşır və cəlbediciliyini itirir. Belə olan halda isə tətil sözü “əlavə xərc və ya əziyyət” təəssüratı yaradır. Tətillərin yenidən əvvəlki həyəcanını geri qaytarmaq üçün tətil marşrutunda və tərzində yenilik etmək lazımdır.
Yeni ilin tətili üçün kruiz səyahəti seçə bilərsiniz. Növbəti ildə həyatınıza qatacağınız bu yenilik sizə böyük sevinc və bol təəssürat qazandıracaq.
Kruiz səyahəti Avropa və ABŞ vətəndaşları üçün tanış tətil növu olsa da, Azərbaycanda bu prestijli tətil növü yenidir.
Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Kruiz səfərinin müddəti sizin seçəcəyiniz istiqamət, marşrut xətti və gəmi şirkətinin proqramına uyğun olaraq 3 gündən 180 günə qədər davam edə bilir. Ən çox müraciət olunan kruiz səfərləri isə 5-10 gün müddətində nəzərdə tutulan səfərlərdir. Hər gəminin öznəməxsus səyahət proqramı mövcuddur. Lakin, bir qayda olaraq gündə 3 dəfə zəngin və bol çeşidli menyu ilə qidalanma təşkil olunur. Gəmi daxilində müxtəlif əyləncə proqramları, musiqili tamaşalar, akrobatların çıxışları, hovuz, SPA və digər xidmətlər mövcuddur. Gəmi portda dayansa belə, gəmidə fəaliyyətlər davam edir. Siz istəsəniz gəmidə qala və ya liman şəhərə düşüb ekskursiyalara qoşula bilərsiniz.
Azərbaycandan kruiz səfərlərinə qoşulmaq üçün burada fəaliyyət göstərən Cruises.az-a müraciət etmək kifayətdir. Cruises.az Azərbaycanda yeganə turizm şirkətidir ki, Beynəlxalq Kruiz Asosasiyasının (CLIA) akreditasiya olunmuş üzvüdür. Bundan əlavə Cruises.az sərnişinləri fikirləşərək, onların doğru səyahəti həyata keçirməsini təmin etmək üçün lazımi bazaya və sırf kruiz səyahətlərinin təşkili ilə məşğul olduğu üçün kruizlə bağlı xüsusi təcrübəyə sahibdir. Buradan kruiz səfərlərinin satışı ilə yanaşı, səyahətlə bağlı məlumat, tövsiyə və məsləhətlər də əldə edə bilərsiniz.
Cruises.az-ın rəhbəri Azər Quliyev deyir ki, Azərbaycanın okeanlara və digər dənizlərə böyük həcmli kruiz gəmiləri ilə çıxışı olmadığı üçün səfərlər İzmir, Dubay, Peterburq, Barselona və ya digər şəhərlərə təyyarə ilə səfər edib, bu liman şəhərlərdən kruiz səyahətinə başlaya bilərlər. Kruiz səfəri səyahət paketi halında alınsa, gəmi səyahəti ilə yanaşı, təyyarə bileti, liman şəhərə transfer və geri dönüş xidmətləri təmin edilir:
“Gəmi səfərləri standart tətil otellərindən daha sərfəlidir. Çünki, oteldə təkcə səhər yeməyi və qalacaq yer təmin edilir, yaxşı halda isə hovuz və sauna var. Kruiz gəmisində isə qidalanma tam təmin olunur və oteldə mövcud olmayan digər istirahət fəaliyyətləri və əyləncələri təşkil edilir. Gəmi səyahəti Azərbayanda geniş yayılmadığı üçün səfərə çıxmaq istəyənləri maraqlandıran suallar da olur. Bəri başdan deyək ki, son illərdə istehsal olunan kruiz gəmiləri innovativ texnologiyaya əsaslanır. Bunun sayəsində hazırda kruiz gəmiləri ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Gəmi hərəkətə başlamazdan əvvəl, bütün sərnişinlərə praktiki olaraq təhlükəsizliklə bağlı təlim keçirilir. Sərnişinləri maraqlandırır ki, görəsən gəmi çox yırğalanırmı?! Müasir və innovativ gəmilərin əyilmə dərəcəsinin 8 dərəcədən artıq olmamasına diqqət edilir və bu dərəcə daim nəzarətdə saxlanılır. Gəmilərin hər iki yanında dalğaqıranlar və xüsusi sabitləyici texnika quraşdırılıb. Həmin alətlər vasitəsilə gəmi tarazlıq və müvazinətini maksimum qoruyur.”
Adətən, ailələr uşaqlarla adi qaydada səyahət etməyin çətinliyindən şikayətlənir, lakin kruiz səfərində belə narahatlıqlar yoxdur. Çünki, ilk növbədə uşaqlar üçün nəzərdə tutulan liman vergisindən əlavə ödəniş edilmir. Bundan əlavə uşaqlar üçün də gəmidə ayrıca istirahət proqramı nəzərdə tutulub və valieynlər öz istirahətini rahat formada keçirə bilir.
Sonda onu da qeyd edək ki, Cruises.az vasitəsilə səfərlərin alışı əvvəlcədən və hissə-hissə ödəmək imkanı ilə həyata keçirilə bilir. Səyahətə çıxmaq istəyənlər viza müddətini nəzərə alaraq səfər paketlərini almalıdır. Səfərlər ilboyu təşkil olunur. Səyahət istəyinizə uyğun olaraq istər Uzaq Şərq (Sinqapur, Maldiv, Yaponiya, Bali), istər Avropa (Aralıq dənizi, Şimali Avropa, Yunan adaları və s.), istərsə də Şimali və Cənubi Amerika (Nyu York, Mayami, Braziliya və s.) üzrə yay tətilinə çıxa bilərsiniz.
Vizasız səyahət etmək istəyənlər üçün də sərfəli təkliflər var. Belə ki, hər il ənənəvi olaraq İzmirin Kuşadası portundan və ya İstanbuldan başlayaraq Yunanıstanda Krit, Mikanos, Afina və Santorinini özündə birləşdirən kruiz marşrutları fəaliyyət göstərir. Bu marşrut ötən illərdə ən çox müraciət olunan səyahətlərdəndir. Bu kimi vizasız səfərlərdən yararlanmaq üçün isə əvvəlcədən Cruises.az-a müraciət etmək lazımdır.
Bundan sonra isə sizi bu günə qədər yaşamadığınız səyahət, bol təəsürat və bütün il sizə bəs edəcək enerji gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər