Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün ikigünlük seminar bu gün öz işinə başlayıb.
Tədbirdə dövlət və BMT rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər təşkilatları, akademik dairələr və kütləvi informasiya vasitələrinin 150-dən çox nümayəndəsi iştirak edir.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) dəstəklədiyi tədbirin məqsədi 2021-2025-ci illəri əhatə edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin (UNSDCF) strateji prioritetlərini müəyyənləşdirməkdir.
Seminarda Azərbaycan Respublikasının Baş nazirinin müavini və DİMƏŞ-in sədri Əli Əhmədov, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və digər yüksək səviyyəli rəsmilər çıxış ediblər.
İştirakçılar, həmçinin 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün Azərbaycanın uzunmüddətli baxışını və BMT-nin bu prosesdə rolunu müzakirə edəcəklər. Bundan başqa, dayanıqlı inkişafa dair 2030-cu il Gündəliyinin icrasında Azərbaycanın üzləşdiyi problemlərə və onların aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparacaqlar.
Beşillik proqram sənədi olan UNSDCF 2021-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı sisteminin fəaliyyətinə bələdçilik edəcək. Yeni sənəd artıq 2020-ci ildə başa çatacaq BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsini əvəz edəcək.
UNSDCF altı rəhbər prinsip və dörd əsas məqsəd üzərində qurulur. Altı rəhbər prinsip bunlardır: heç kəsi kənarda qoymamaq, inkişafa insan haqlarına əsaslanan yanaşma, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, dözümlülük, dayanıqlılıq və hesabatlılıq. Dörd əsas məqsədə isə kollektiv cavab tədbirlərinin formalaşdırılması, konstruktiv tərəfdaşlıqlar, təsirli fəaliyyətlər, eləcə də reallığa və ehtiyaclara daha yaxşı cavab verən yeni alətlər daxildir.
Tehsil-press.az