Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci Gənclər Forumunda təkliflə çıxış edib.
A.Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.
Nazir çıxışında bildirib: “Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının realizəsi üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir”.
Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.
Tehsil-press.az