Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib

Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adına təsis edilmiş təqaüd BANM-də keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.
Təqaüdə neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər. Onlar həm də Prezident təqaüdçüləridirlər.
Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və ali məktəbin sosial-ictimai həyatında fəallıqlarına görə təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər