Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz sənayesinin inkişafına böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə rektor Elmar Qasımov müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində akademik X.Yusifzadənin əməyinin, zəngin təcrübəsinin bütün neftçilər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Rektor onun böyük xidmətlərinə yüksək səviyyədə qiymət verildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin dövlət səviyyəsində təntənəli qeyd olunduğunu və alimin Heydər Əliyev ordeninə layiq görüldüyünü xatırladıb. E.Qasımov deyib: “Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri var. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20-dən çox neft və qaz-kondensat yatağı – “Bahar”, “Günəşli”, “Azəri”, “Çıraq”, “Kəpəz” və digər yataqlar kəşf edilib. Bütün bunlarla yanaşı, Azərbaycan neft elminin qızıl fonduna daxil olan 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifi kimi tanınan X.Yusifzadənin elmi yaradıcılığı neft və qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə verib”.
Xoşbəxt Yusifzadənin bu gün də yorulmadan çalışdığını, elm və istehsalat sahəsində səmərəli fəaliyyətini uğurla davam etdirdiyini qeyd edən Elmar Qasımov alimə “Bakı Ali Neft Məktəbinin Fəxri professoru” diplomunu təqdim edib. X.Yusifzadə “Azərbaycanda neft-qaz sənayesinin inkişafına, elm və təhsilin tərəqqisinə verdiyi töhfələrə görə” Fəxri professor diplomuna layiq görülüb.
SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov akademik Xoşbəxt Yusifzadənin tarixi əhəmiyyət kəsb edən nailiyyətlərindən bəhs edib, iş yoldaşı kimi öz təəssüratlarını bölüşüb: “X.Yusifzadə ilə birlikdə çalışdığımız illərdə mən xarici mütəxəssislərin onunla qeyd-şərtsiz hesablaşdıqlarının, onun rəyini daim böyük hörmətlə nəzərə aldıqlarının şahidi olmuşam. Ötən 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda tərəfdaş şirkətlərlə aparılmış genişmiqyaslı kəşfiyyat-axtarış işlərinin müvəffəqiyyətlə nəticələnməsində onun böyük əməyi var. X.Yusifzadə bu gün də şanlı neftçilər ordusunun ön sıralarındadır. O, Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə yorulmadan çalışır, SOCAR-ın rəhbərlərindən biri kimi ölkə iqtisadiyyatının çiçəklənməsinə töhfələr verir. İnanırıq ki, tükənməz enerjisi və əməksevərliyi sayəsində Xoşbəxt müəllim hələ uzun illər xalqımızın daha işıqlı gələcəyi naminə qurucu-yaradıcı fəaliyyətini davam etdirəcək, şirkətimizin inkişafında yaxından iştirak edəcək”.
Daha sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Təhsil nazirinin müavini İdris İsayev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Energetika nazirinin müavini Elnur Soltanov, BP şirkətinin Geoloji-kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev təbrik nitqi ilə çıxış ediblər. Onlar akademik X.Yusifzadənin neft sahəsinin səriştəli mütəxəssisi kimi tanındığını, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xoşbəxt Yusifzadəni nəinki ölkəmizdə və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında bacarıqlı mütəxəssis kimi qiymətləndirdiyini vurğulayıblar.
Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbəsi Nərgiz Hüseynova Xoşbəxt Yusifzadəyə həsr olunmuş şeir söyləyib.
Tədbirdə akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti haqqında film nümayiş olunub.
Xoşbəxt Yusifzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışan alim ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ona göstərdiyi böyük qayğıdan söz açıb.
Rektor Elmar Qasımov akademik Xoşbəxt Yusifzadəyə onun tanınmış rəssam Tahir Əfəndiyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib.
Tehsil-press.az