Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyilə Ali Məktəbin yeni açılmış kampusunda DAAD (Almaniya Akademik Mübadilə Xidməti) təqaüd proqramı, onun perspektivləri, tələbələr üçün yaradılmış imkanlarda daxil olmaqlaç proqramı hərtərəfli şəkildə izah edən geniş tədbir keçirilib.
Beynəlxalq səviyyədə tanınan DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirən qurumdur. DAAD-la Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalanmış və Bakı Ali Neft Məktəbi isə bu əlaqələrin genişlənməsində öz dəstəyini göstərməkdədir.
Təşkil olunmuş tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin təmsilçisi, Hikmət Kamallı iştirak edərək tələbələrə proqramın geniş təqdimatını etmiş və onların aktual suallarını cavablandırmışdır. Təqdimatda təqaüd proqramının mahiyyəti və üstünlükləri, qeydiyyat və müraciətlə bağlı məsələlər detallı şəkildə tələbələrə izah edilmişdir.
Qeyd edək ki, bir müddət öncə Bakı Ali Neft məktəbi Alman Akademik Mübadilə Xidmətilə “Şərqə Doğru” Proqramı çərçivəsində əməkdaşlıq etmiş, Almanıyanın nüfuzlu universitetlərindən olan tələbələr Bakı Ali Neft Məktəbində keçirilmiş “Bakı Yay Neft Məktəbi”ndə iştirak etmişlər.
Hazırda DAAD təqaüd proqramlarına sənəd qəbulu açıq elan edilmişdir. Tədbirdən göründüyü kimi, Bakı Ali Neft Məktəbinin tələbələrinin proqrama olan böyük marağını nəzərə alaraq, proqramın böyük uğur əldə edəcəyinə əminik.
BANM-nin Mətbuat Xidməti