Zelenski amerikalını özünə müşavir təyin etdi

Zelenski amerikalını özünə müşavir təyin etdi Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ vətəndaşı Endryu Roman Makı özünə müşavir təyin edib.
Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc edilib.
“İnterfaks-Ukraina” xəbər verir ki, Roman Ukraynaya məxsus “Asters” hüquq şirkətinin Vaşinqtondakı ofisinə rəhbərlik edir. O, ABŞ, Ukrayna və MDB ölkələri ilə əlaqəli beynəlxalq əməliyyatların dəstəklənməsi sahəsində ixtisaslaşıb. Bundan əlavə, Mak biznesin konsolidasiyası, korporativ və antitrest qanunları, kapital bazarları və dövlət tənzimlənməsi sahəsində mütəxəssisdir.
Amerikalı vəkil həm də MDB ölkələrindən olan şirkətlərə ABŞ-dakı tərəfdaşlarla qarşılıqlı əlaqədə məsləhət vermə təcrübəsinə malikdir. Makın ABŞ və Ukraynada vəkillik hüququ var. “Kyiv Post” nəşri 2010-cu ildə onu Ukraynanın ən nüfuzlu əcnəbilərindən biri adlandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər