“Qızıl era”nın sonuncu ulduzu “söndü”

“Qızıl era”nın sonuncu ulduzu “söndü” ABŞ-da aktyor Kirk Duqlas vəfat edib. Bu barədə onun oğlu Maykl Duqlas İnstaqram hesabında məlumat verib.
Aktyor 103 yaşında dünyasını dəyişib. K.Duqlas Hollivudun "qızıl erası"ndan indiyədək sağ qalan son ulduzu hesab olunurdu.
Onun məşhur filmləri arasında "Keçmişdən", "Çempion", "Pis və gözəl", "Yaşamaq yanğısı", "Şöhrətin yolları", "Vikinqlər", "Spartak", "Cəsuslar tənhadır", "Sərt oğlanlar" və digərləri var.

Tehsil-press.az

Oxşar xəbərlər