Əcnəbi tələbələr ölkəmizdə miqrasiya prosesini əhatə edən yeniliklər barədə məlumatlandırılıb

Əcnəbi tələbələr ölkəmizdə miqrasiya prosesini əhatə edən yeniliklər barədə məlumatlandırılıb Bakı Slavyan Universitetində (BSU) təhsil alan bir qrup əcnəbi tələbə Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın keçirdiyi “Azərbaycan Respublikası ərazisində əmək miqrasiyasının tənzimlənməsi” mövzusunda tədbirdə iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Mərkəzində keçirilən tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər, müvəqqəti və daimi yaşama icazəsinin alınması, ölkədə miqrasiya prosesini əhatə edən yeniliklər və miqrasiya sahəsində mövcud qanunvericilik aktlarının tələblərinə dair ətraflı məlumat verilib.
Görüşün sonunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər