Ölkəmizə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmək istəyən əcnəbilər artıq əmək vizalarını da "ASAN Viza" sistemi üzərindən qısa müddət ərzində elektron qaydada əldə edə bilərlər.
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.
DMX rəisinin fikrincə, bu yenilik Azərbaycanda işləmək üçün icazə almaq istəyən əcnəbilərin işini asanlaşdıracaq: "Bu yenilik, imkan həmçinin əcnəbilərin gələcəkdə Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciətləri zamanı rahatlıq və məmnunluğunu təmin edəcəkdir".
Bununla bağlı DMX-nin mətbuiat xidmətinin yaydığı məlumatda isə bilirilir ki, artıq əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.
İyulun 6-dan "ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olundu. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.
"ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.
Tehsil-press.az