Kolumbiyada təyyarə qəzasında 4 nəfər ölüb

Kolumbiyada təyyarə qəzasında 4 nəfər ölüb Ən azı 4 nəfər Kolumbiyanın paytaxtının şimalında meydana gələn təyyarə qəzasının qurbanı olub.
Bu barədə Kolmbiya Mülki Aviyasiya İdarəsi bildirib.
Bildirilib ki, təxminən 15:44 radələrində HK-4686 nömrəli iki mühərrikli bir təyyarə şəhərin şimalında yerləşən Quaymaral Hava limanı yaxınlığında qəzaya uğrayıb:
"İlkin məlumatlara görə, təyyarənin 4 sərnişini həlak olub".
Qəza yerində artıq xilasetmə xidmətləri və idarə nümayəndələri işləyir.

Tehsil-press.az

Oxşar xəbərlər