ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb

ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb Yanvarın 22-də Korona şəhərinin (Kaliforniya ştatı) yaxınlığında yerləşən hava limanı ərazisində kiçik təyyarə qəzasında dörd nəfər həlak olub.
Bu barədə öz "Twitter" səhifəsində şəhər yanğınsöndürmə xidməti bildirib.
Bildirilib ki, qəza nəticəsində 4 nəfər ölüb.
Məlumata əsasən, fəlakət 302,8 litr reaktiv yanacağının alovlanmasına və 0,1 hektar ərazidə yanğına səbəb olub. Yanğın hazırda söndürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər