Arktika buzları ilə bağlı həyəcan təbili - 15 il qalıb

Arktika buzları ilə bağlı həyəcan təbili - 15 il qalıb Arktikada buz örtüyü son 20 ildir ki, sürətlə əriyir. Şimal dəniz yolu sularındakı buzlar isə 2035-2040-cı illərdə tamamilə əriyə bilər.
Bunu Norveçdə keçirilən Beynəlxalq Kirkenes konfransında Finlandiyanın Baş Nazirinin müavini Nina Vaskunlahti deyib. Onun sözlərinə görə, buzların əriməsi şimalda nəqliyyatın sayını artıacaq. Bunun nəticəsində isə mazut iqlim üçün təhlükə yaradacaq. Bu səbəbdən Vaskunlahti qütb şəraitində yanacaq yağından istifadənin tamamilə qadağan olunmasını təklif edib.
Qeyd edək ki, 2019-cu ildə Arktikada son 15 ildə rekord həddə buz sahələrinin əriməsi müşahidə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər