Arktikanın ən qalın buz təbəqəsi əriyir

Arktikanın ən qalın buz təbəqəsi əriyir Qrenlandiyanın şimalında yerləşən Arktikanın dənizdəki ən qalın buz təbəqəsində növbəti sınma müşahidə edilib.
Əriməmiş sonuncu buz təbəqəsi olan ərazidə belə proseslərin baş verməsi alimlərin həyəcan təbili çalmasına səbəb olub. Qütb ayıları və suitiləri üçün böyük təhlükə mövcuddur. Buz təbəqəsindəki qopma bu il ərzində artıq 2 dəfə baş verib.
Qeyd edək ki, hadisə qlobal istiləşmənin nəticəsi hesab edilir, lakin mütəxəssislər Qrenlandiyanın şimal sahillərində bu prosesin yaxın dövrdə baş verməsini gözləmirdilər.

Tehsil-press.az

Oxşar xəbərlər