AzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıb

AzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıb Slovakiyanin Kositse Texniki Universitetinin dəvəti əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti bu ölkəyə səfər edib. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev də daxil olub.
Səfər zamanı numayəndə heyəti adıçəkilən universitet rəhbərliyi ilə əməkdaslıq perspektivləri haqqında muzakirələr aparıblar. Müzakirələrdə tələbə - müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, elm sahəsində əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlərə toxunulub. Sonda Kositse Texniki Universiteti ilə AzMİU arasinda əməkdaslıq müqaviləsi imzalanıb. Müqaviləni Kositse Texniki Universiteti adından İnşaat fakütəsinin dekanı Vinsent Kvocak, AzMİU adindan Nəqliyyat fakültəsinin dekani Elçin Yusifzadə imzalayıb.
Məlumat üçün qeyd edək ki, səfər zamanı AzMİU-nun əməkdaşları Slovakiyanin SUDOP sirkətinin rəhbərliyi ilə də görüşüb, bu sirkətin Kositse Texniki Universiteti və AzMİU tələbələri üçün yaradılacaq perspektiv imkanları müzakirə olunub.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıbAzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıbAzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıbAzMİU Slovakiya Texniki Universiteti ilə əməkdaslıq müqaviləsi imzalayıb

Oxşar xəbərlər