Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir.
Bunu Prezident İlham Əliyev fevralın 20-də Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı zamanı deyib.
Prezident İlham Əliyev bildirib: “Cassa Depositi Prestiti”nin (CDP)sədrliyi ilə işçi naharda bir araya gəlmək təşəbbüsünə görə CDP-yə minnətdarlığımı bildirmək istərdim. Sabah 100-dən çox şirkətin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Lakin bu gün mən İtaliyanın ən böyük şirkətləri - İtaliya iqtisadiyyatının aparıcı şirkətləri ilə görüşürəm. Onlardan bəziləri ilə bizim uzun illərdir çox sıx əməkdaşlığımız var. Onlardan bəziləri bizimlə işləməyi planlaşdırır və bu, tamamilə bizim məqsədlərimizə uyğundur.
Mənim İtaliyaya dövlət səfərimin çox böyük əhəmiyyəti var. Prezident, Baş Nazir və Senatın rəhbəri ilə görüşdən sonra deyə bilərəm ki, artıq səfərim uğurlu hesab oluna bilər. Bu, iki il əvvəl Prezident Mattarellanın səfərindən sonra güclənmiş fəal dialoqun davamıdır. O vaxt əldə etdiyimiz razılaşmalar və müzakirə etdiyimiz məsələlər hazırda həyata keçirilmə mərhələsindədir. Mənim səfərim zamanı 20-dən çox sənədin bəziləri artıq imzalanıb və sabah da imzalanacaq. Onlar siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəni və digər sahələr olmaqla, çoxşaxəli məsələləri əhatə edir. Onların arasında mən xüsusilə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, həqiqətən də qarşıdakı uzun illər ərzində bizim sıx əməkdaşlığımızı müəyyən edən çox vacib siyasi sənəddir. Bizim üçün İtaliya, cənab sədrin dediyi kimi, təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir. Bu vacib tarixi sənədi imzaladıqdan sonra düşünürəm ki, bizim münasibətlərimiz yeni mərhələyə qədəm qoymalıdır.
Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur.
Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq".
Tehsil-press.az