"Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik".
Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "Bu gün biz qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli, regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə bağlı məsələlər barədə geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq".
İlham Əliyev bildirib ki, Xorvatiya Azərbaycan üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir: "Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir. Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır.
Biz iqtisadi əməkdaşlığımızla bağlı məsələləri geniş müzakirə etdik. Əlbəttə ki, sabah biznes forumda bu, daha geniş müzakirə olunacaq. Lakin biz əsas sahələri, prioritetləri müəyyən etdik. Düşünürəm ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınmasında deyil, - baxmayaraq ki, biz bundan çox razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər dənizində yük daşınmalarını artırmağa imkan verir, - həmçinin Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə şərait yaradacaq Şərq və Qərb arasındakı dəhliz - yeni İpək yolu nəqliyyat sahəsində əməkdaşlıq baxımından biznes dairələri üçün də yeni imkanlar açacaq".
Tehsil-press.az