Azərbaycan Universitetində altı ixtisas üzrə fəlsəfə doktoru proqramlarına qəbul aparılıb

Azərbaycan Universitetində altı ixtisas üzrə fəlsəfə doktoru proqramlarına qəbul aparılıb Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul edilmiş doktorant və dissertantlarla görüş keçirilib.
Görüşdə doktorant və dissertantlar təhsil aldıqları müddətdə görəcəkləri işlər barədə məlumatlandırılıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva doktorant və dissertantlara tövsiyə və tapşırıqlarını çatdırıb, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə doktorant və dissertantları maraqlandıran suallar cavablandırılıb.
Yeni qəbul olmuş doktorant və dissertantlar arasında Azərbaycan Universitetinin magistratura pilləsi üzrə məzunları, iki müəllimi və digər universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olanlar var.
Qeyd edək ki, bu il ümumi iqtisadiyyat, dünya iqtisadiyyatı, dil nəzəriyyəsi, german dilləri, dünya ədəbiyyatı, sosial iş ixtisasları fəlsəfə doktoru proqramlarına qəbul aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər