Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə Qəbul Planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər dekabrın 11-dən 29-na kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanında iştirak edə bilərlər.
Doktoranturaya və dissertanturaya qəbul üçün sənədlər Aİİ-nin Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır.
Əlavə məlumat üçün Aİİ-nin Magistratura və doktorantura şöbəsinə müraciət etmək olar. Əlaqə telefonları: (+994 12) 510-65-45 daxili (147, 152), E-mail: [email protected]
Xatırladaq ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra DİM-in saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.
Xarici dildən imtahanların müəyyən olunmuş proqram əsasında DİM tərəfindən 2020-ci il yanvarın 10-dan 15-dək keçirilməsi planlaşdırılır.
Tehsil-press.az