Azərbaycanda bu il 117 ali təhsil müəssisəsi və elmi təşkilatda 53,7 faizi qadın olmaqla 2723 nəfər doktorant təhsil alıb. Təhsil alanların 79,6 faizi fəlsəfə, 20,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.
Dövlət Statisstika Komitəsinin hesablamalarına görə, təhsil alanların 36,0 faizi elmi müəssisə və təşkilatlarda, 64,0 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda qeydiyyatda olub. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,0 və 67,0 faiz, elmlər doktoru proqramı üzrə isə 47,6 və 52,4 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 49,2 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 37,5 faizi 40 yaşadək olan şəxslərdir.
Tehsil-press.az