Bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir.
Bunu Prezident İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışından sonra rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşərkən çıxışında deyib.
Dövlət başçısı bilidirib:
"İlk növbədə, sizi zavodun açılışı münasibətilə təbrik edirəm. Çox şadam ki, şirkətiniz yeni zavodun ərsəyə gəlməsində fəallıq göstərib və beləliklə, ölkəmiz, xalqımız üçün çox önəmli bir töhfə verib.
Artıq bir neçə zavod fəaliyyətdədir. Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönülmlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin. Bu gün mənə burada stendlərdə göstərilən təqdimatda görürəm ki, doğrudan da şirkətin fəaliyyəti çox genişmiqyaslıdır və yüzlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb, xüsusilə bölgələrdə. Təkcə bu yeni əhəng zavodunda 150, ondan sonrakı mərhələdə 250 nəfərin işlərə cəlb edilməsi nəzərdə tutulur və beləliklə, vətəndaşları işlə təmin etmək üçün yaxşı imkanlar var.
O ki qaldı sizin gələcək planlarınıza, əminəm ki, dövlətin dəstəyi ilə bu planlar həyata keçəcək. Çünki bu zavodların və sizin səmərəli fəaliyyətiniz üçün dövlət öz tərəfindən maliyyə dəstəyi göstərib, güzəştli şərtlərlə kreditlər ayırıb. Amma əlbəttə ki, əsas yükü siz öz üzərinizə götürmüsünüz və bu da təbiidir. Dövlət isə hər zaman sahibkarların yanında olacaq, sahibkarlığın inkişafına bundan sonra da böyük təkan verəcək.
Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılmışdır.
Bizim investisiya iqlimimizin müsbət olmasını Dünya Bankı da qeyd edir və biz bu reytinqlərdə 20 ən islahatçı ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq üçün çox düşünülmüş siyasət aparılmalıdır. Əminəm ki, təkcə Dünya Bankı yox, eyni zamanda, yerli sahibkarlar da aparılan islahatları görürlər və bəyənirlər. Çünki sahibkarlar üçün əsas məsələ düzgün qaydaların tətbiq edilməsidir. Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün sahələrdə, o cümlədən maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq hesabına təkcə keçən il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə 1 milyard manat daxil ediblər.
Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb. Buna baxmayaraq, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir.
Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq.
Bu gün bu zavodun açılışı bir daha onu göstərir ki, ölkəmizdə düzgün iqtisadi siyasət aparılır. Biz sahibkarlıqla bağlı görülən tədbirlərin real nəticəsini görürük. Çünki bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir. Dövlət, sadəcə olaraq, şərait yaratmalıdır, infrastruktur layihələri həyata keçirməlidir ki, sahibkarlar da bu işlə həvəslə məşğul olsunlar.
Qazax rayonunda elektrik enerjisi ilə bağlı problem yoxdur, 100 faiz təmin olunub. Qazlaşdırma ilə bağlı da problem yoxdur. Qazax rayonu qazla 100 faiz təmin edilib. Bu gün Qazaxda yolların 85 faizi təmirlidir. Əgər bu sahələrdə problem olsaydı heç bir sahibkar buraya gəlib pul qoymazdı, o cümlədən də siz. Başqa yer tapardınız, gedərdiniz başqa ölkələrə, harada ki, bu infrastruktur var. Ona görə bunu biz yaratmışıq ki, insanlar yaxşı, rahat yaşasınlar və sahibkarlar vəsait qoysunlar. İcra başçısı mənə deyir ki, Daş Salahlı kəndində üç böyük müəssisə var. Bu müəssisələrdə 1300 adam işləyir. Kəndin əhalisinin sayı 10 mindir, 1300-ü burada işləyir. Bax, budur bizim gördüyümüz işlər və sahibkarların gördüyü işlər. Ona görə sahibkarlara mərkəzi dövlət orqanları, yerli icra orqanları daim dəstək göstərməlidirlər. Onların problemləri həll olunmalıdır. Mənə indi məlumat verilir ki, biz yeni yol çəkmişik, amma bu yük maşınları o yolu dağıda bilər. Yük maşınları üçün alternativ yol çəkilməlidir. İndi mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırıq verəcəyəm, məni eşidirlər. İki kilometr uzunluğunda yeni yolun çəkilişi təmin edilməlidir ki, kənd yolu belə normal qalsın və deformasiyaya uğramasın.
Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Belə müəssisələri yaradın ki, mən gəlim sizinlə birlikdə bunların açılışında iştirak edim".
Tehsil-press.az