Şimali Makedoniyada fövqəladə vəziyyət elan edilib

Şimali Makedoniyada fövqəladə vəziyyət elan edilib Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Fövqəladə vəziyyət rejimi yeni növ koronavirus (COVİD-19) səbəbindən tətbiq edilir.
Prezidentin sözlərinə görə, ilk dəfə fövqəladə vəziyyətin tətbiq olunması vəziyyətin və riskin nə qədər ciddi olduğunu göstərir.
Qeyd edək ki, Şimali Makedoniyada koronavirusa yoluxanların sayı 35 nəfər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər