ÜST təhlükəli virusla bağlı qərarını açıqladı

ÜST təhlükəli virusla bağlı qərarını açıqladı Ümumdünya Səhiyyə Təşkilatı Çində yayılan koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməyəcəyini açıqlayıb.
Təşkilatın iclasından sonra bunu elan etmək üçün hələ tez olduğu bildirilib. ÜST-ün rəhbəri Tedros Adan Qebreyesusun sözlərinə görə, təşkilat Çində virusa yoluxanların və ölənlərin sayından xəbərdardır. Ancaq fövqəladə vəziyyət elan edilməsi hələ erkəndir. ÜST, həmçinin, Çinə səfərlərin məhdudiyyətləşdirilməsini də məsləhət görməyib.
“Bu gün fövqəladə vəziyyət elan etməməmyimiz ÜST-ün vəziyyətin ciddiliyini qəbul etməməsi anlamına da gəlmir”, - deyə Qebreyesus bildirib.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı artaraq 18 nəfər olub. Daha 644 nəfər isə virusa yoluxub.

Tehsil-press.az




Oxşar xəbərlər