Koronavirus pandemiyası insanların həyatını xilas edir

Koronavirus pandemiyası insanların həyatını xilas edir Alimlərin fikrincə, koronavirus pandemiyası havanın keyfiyyətinin yaxşılaşması sayəsində çox sayda insan həyatını xilas edə bilər. Bu barədə “Science Alert” nəşri yazıb.
Mütəxəssislər hesab edir ki, havanın çirklənməsi səbəbindən vaxtından əvvəl ölməkdən xilas edilən insanların sayı COVID-19-dan ölənlərin sayını ötə bilər. Çində iki ay ərzində atmosferdə mövcud olan bərk hissəciklərin səviyyəsinin aşağı düşməsi 4 min beş yaşadək uşaqların və 73 min 70 yaşdan yuxarı şəxslərin sağ qalmasına səbəb olub. Bu, indiki dövrdə xəstəlikdən ölənlərin səviyyəsindən xeyli çoxdur.
Peyk məlumatları İtaliyanın şimal hissəsində havanın çirklənməsinin yetərincə azaldığını göstərir. Avtomobil, yük maşını və elektrik stansiyalarının buraxdığı azot dioksidinin səviyyəsi də aşağı düşüb.
Lakin tədqiqatçılar qeyd edir ki, hazırda onlarda tullantıların azalmasının əhalinin sağlamlığına təsir edib-etməməsi ilə bağlı məlumatlar yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər