Yaşıl informasiya texnologiyaları araşdırılır

Yaşıl informasiya texnologiyaları araşdırılır Texnologiyaların sürətli inkişafı ekoloji tarazlığın pozulmasında əsas amillərdən biridir. Havanın çirklənməsi ekoloji risk kimi ən böyük təhlükə olaraq qalır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il havanın çirklənməsi nəticəsində 7 milyon insan həlak olur. Yaşıl İKT və bu sahədə istifadə oluna biləcək texnologiyalar isə milyonlarla insanı xilas edə bilər.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda məlumat verilib.
Yaşıl informasiya texnologiyaları İKT-nin istifadəsində əmələ gələn mənfi fəsadların və ətraf mühitə vurulan zərərli təsirlərin azaldılmasına yönəldilən təşəbbüsdür. Bu təşəbbüs elmin son nailiyyətləri, inzibati resurs (qanunlar, standartlar, sertifikatlar), ekoloji mədəniyyət və ya təfəkkürün formalaşmasına əsaslanır.
Seminarda yaşıl İKT-nin mövcud vəziyyəti, imkanları və problemləri müzakirə olunub.

Təhsil-press.az

Oxşar xəbərlər