İtaliyada koronavirusdan ölənlərin sayı 463-ə çatdı

İtaliyada koronavirusdan ölənlərin sayı 463-ə çatdı İtaliyada koronavirusdan ölənlərin sayı artıb.
Dünən daha 97 nəfər bu virusdan dünyasını dəyişib və koronavirus qurbanlarının sayı 463-ə çatıb.
Ümumilikdə isə ölkədə 9 172 koronavirus xəstəsi var. Onlardan cəmi 724 nəfəri sağalıb.
Koronavirus təhlükəsi yerli həbsxanalara da təsir edib. Ötən həftə Modenada yerləşən həbsxanada qiyam baş verib və insident nəticəsində 6 məhkum ölüb. Paytaxt Romadakı Rebibbia həbsxanası başda olmaqla, ölkənin 27 cəzaçəkmə müəssisəsində qiyam baş verib. Təkcə Foggia şəhərində 50 məhkum həbsdən qaçıb. Onlardan yalnız 30-u saxlanılıb, digərlərinin axtarışı isə davam etdirilir.
Qeyd edək ki, İtaliya hazırda Çindən sonra koronavirusun ən çox yayıldığı ikinci ölkədir.

Tehsil-press.az

Oxşar xəbərlər