Seneqalda fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olundu

Seneqalda fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olundu Seneqal Prezidenti Maki Sal koronavirusun yeni növünün yayılması ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.
Ölkədə komendant saatı 20:00-dan 06:00-dək davam edəcək.
"Xəstəliyin yayılma sürəti bizdən cəld reaksiya tələb edir. Əks təqdirdə, biz ümumxalq fəlakəti əldə etmək təhlükəsindəyik", - dövlət başçısı xalqa müraciətində vurğulayıb.
Prezident müdafiə və təhlükəsizlik qüvvələrinə "Seneqalın bütün ərazisində nəzərdə tutulan tədbirlərin dərhal və ciddi şəkildə yerinə yetirilməsinə hazır olmaq" əmrini verib.
Dövlət başçısı bildirib ki, hakimiyyət orqanları "Seneqalın tibbi, əczaçılıq və ilkin tələbat məhsulları ilə müntəzəm təchizatına diqqət yetirəcək". Onun sözlərinə görə, hökumət istənilən əsassız qiymət artımına qarşı mübarizə tədbirləri görəcək.
Seneqalda yeni növ koronavirusa 79 yoluxma halı qeydə alınıb, onlardan səkkiz nəfəri sağalıb.

Tehsil-press.az



Oxşar xəbərlər