Kanadada koronavirusa yoluxanların sayı 1959 nəfərə çatıb

Kanadada koronavirusa yoluxanların sayı 1959 nəfərə çatıb Kanadada sutka ərzində yeni koronavirusa yoluxanların sayı kəskin şəkildə 1646 nəfərdən 1959 nəfərə yüksəlib, digər 833 nəfər isə xəstələnməkdə şübhəli bilinir. Bu barədə Kanada Səhiyyə Nazirliyi bildirib.
Kanadanın 13 bölgəsindən 12-də yoluxma halları aşkarlanıb. Ən çox yolumxa halları Britaniya Kolumbiyası və Ontarioda qeydə alınıb. Orada yoluxmuş insanların sayı müvafiq olaraq 617 və 588 nəfər təşkil edir.
Bundan əlavə, Kanadanın üç əyalətinin 792 sakinə koronavirusa yoluxma ilkin diaqnozu qoyulub. Bu məlumatlar Kanadanın milli laboratoriyası tərəfindən təsdiqlənərsə, ölkədə bu halların sayı 2,7 min nəfəri keçəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər