“Məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir”.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov AzTV-nin efirində deyib. O bildirib ki, Azərbaycanda hazırda xəstəliyə yoluxanların sayı 104 nəfərdir və bu, bizim ölkəmiz üçün rekord göstəricidir:
“Bir gün ərzində xəstəliyə yoluxanların sayında da artım oldu. Bu gün 29 nəfərdə virus aşkarlandı. Lakin məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, amma cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Orada da yoluxma həndəsi silsilə ilə gedirdi. Ona görə də İspaniyanın səhiyyə sistemi bunun öhdəsindən gələ bilmədi. Buna görə də biz buna getməməliyik.
Xüsusi karantin rejimi məcburiyyət, cərimələr tətbiq etməyə imkan verir. Amma hələ ki, bunu etmək istəmirlər. Ümid olunur ki, insanlar özlərinin olmasa da, övladlarının qarşısında fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər bu xəstəlik ölkə daxilində genişmiqyaslı bir epidemiya səviyyəsinə çatarsa, biz bunun altından çıxa bilməyəcəyik. Ümid olunur ki, bu gün tətbiq edilən qaydalara əməl edilsə, bunun qarşısı alına bilər. Amma karantinin üç günü göstərdi ki, insanlar buna əməl etmək istəmirlər”.
Tehsil-press.az