Mədəniyyət və İncəsənət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub

Mədəniyyət və İncəsənət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.
Elmi şurasının virtual iclasının qərarı ilə ADMİU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat ianə edib. Sosial izolyasiya dövrünün tələblərinə uyğun olaraq virtual şəkildə keçirilən iclasda, həmçinin onlayn dərslərin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, imtahanlara hazırlıq məsələləri müzakirə olunub.
Bu gün bütün bəşəriyyət üçün qlobal təhdidə çevrilmiş pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan ADMİU rəhbərliyi universitetin professor-müəllim heyətini və tələbə kontingentini koronavirusla mübarizədə fəal olmağa, sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və gigiyenik qaydalara ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərdə toplaşmamağa çağırır.

Tehsil-press.az

Oxşar xəbərlər