Vaqif Əsədov sürücülərə müraciət etdi

Vaqif Əsədov sürücülərə müraciət etdi Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda sürücülərin cərimələnməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İdarənin sözcüsü, polis polkovniki Vaqif Əsədov Tehsil-press.az-a açıqlamasında bildirib ki, hazırda bununla bağlı paytaxtda tədbir keçirirlər:
"Bir daha vətəndaşları nizam-intizama dəvət edirik. Karantin qaydaları yerinə yetirilməlidir. Vətəndaşları şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırırıq. Rayon qeydiyyatı dövlət nömrə nişanlı avtomobillərdən istifadə etmək məqsədəmüvafiq deyil. Karantin tələblərinə əsasən müvafiq cərimələrin də tətbiq ediləcəyini vətəndaşların yadına salmaq istəyirik. Təklif edirik ki, hər kəs "Evdə qal" devizinə qoşulmalı, ailəsinin və başqalarının qayğısına qalmalıdır. Bu gün şəxsi avtomobillərdən istifadə etməməklə şəhər daxilində operativ nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmış olurlar.
Lüzumsuz avtomobil idarə etməyin, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edin. Cərimələnmələr barədə gün ərzində əlavə məlumat verəcəyik. Xahiş edirik, bizim çağırışımızı insanlara çatdırın. Bunları yayılma riski böyük olan virusun qarşısını almaqda önləyici tədbir kimi qəbul edin. İnanırıq ki, vətəndaşlar bunu narazılıqla yox, anlayışla qəbul edəcəklər.
Bir-bir sürücüləri saxlayırıq, profilaktik söhbət aparırıq. Biri deyir dərman almağa gedirəm, deyirik buyur, o biri deyir sənəd götürməliyəm, deyirik get, digəri deyir alış-verişə gedirəm, ona da deyirik get. Yəqin ki, bu gün bazarlıq edən 3 gün o maşını sürməyəcək".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Bakı, Sumqayıt və Abşeron rayonu daxilində hərəkət sərbəstdir.

Tehsil-press.az

Oxşar xəbərlər