Müxtəlif telekanallarda yayımlanan karantin rejimindəki küçə sorğuları sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Müxbirlərin israrla vətəndaşlardan maska, əlcək və ya evdə qalmasını tələb etməsi peşəkarlar tərəfindən qınanılıb.
Səhiyyə Nazirliyi dəfələrlə xəstəliyə yoluxmayan şəxslərin maska taxmaq məcburiyyətinin olmadığını vurğulayıb. Bundan başqa, qanuni olaraq insanların maska, əlcək və bu kimi ləvazimatlardan istifadəsi məcburi deyil. Vətəndaşlar sadəcə olaraq 2 metrlik ara məsafəsini saxlamalıdır ki, elə bu qanunu da jurnalistlər pozur.
Sözügedən sorğulardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya TV-də yayımlanıb.
Həmin videoda yer alan jurnalistin özünün karantin qaydalarına əməl etməyib şəhər sakinlərinə tutduğu irad sosial şəbəkələrdə şiddətlə qınanıb:
“Bakıda 60-70 böyük və kiçik aptek gəzmişəm, bircə dəfə 2 maska ala bilmişəm, 1 dəfə də 14 manata filtrli maska. Camaat haradan tapsın maskanı? Özü əlcəksizdir, telefonu əlində, mikrofonun üstü bağlanmayıb, müsahiblərlə 2 m məsafə qorunmur”.
Tehsil-press.az