Deputatlar tibbi maska məsələsini müzakirə etdi

Deputatlar tibbi maska məsələsini müzakirə etdi Parlamentin bugünkü iclasında deputatlar tibbi maskaların çatışmazlığından danışıblar.
Deputat Hikmət Məmmədov deyib ki, hökumət ölkəyə 1 milyondan çox tibbi maska gətirib: “Amma apteklərdə maska tapılmır. Xahiş edirəm, müvafiq qurumlar maskaların paylanmasına nəzarət etsinlər”.
Deputat Novruzəli Aslanov isə deyib ki, imkan daxilində hər kəs tibbi maska taxmalıdır: “Həkimlər və müvafiq məsul şəxslər televiziyadan xalqa səslənirlər ki, yalnız xəstə olanlar tibbi maska taxsın. Əgər ictimai nəqliyyatda xəstə olan şəxs, özü də xəstə olduğunu bilmədən maska taxmasa, çox adama yolxudura bilər. Ona görə hökumət rəsmiləri də efirlərdən bu çağırışları etməsinlər. Əhali daha çox tibbi maskadan istifadə etməlidir. Yalnız xəstə adamlar taxmalıdırlarsa, niyə Milli Məclisə girəndə bizə tibbi maska verildi?”.
Spiker Sahibə Qafariva deyib ki, deputatlara tibbi maska verilməsi onun təklifidir: “Mənə iclasdan öncə bir neçə millət vəkili müraciət etmişdi. Mən də təklif etdim ki, masanın üzərinə tibbi maskalar qoyulsun, kim istəsə götürüb istifadə etsin”.

Tehsil-press.az

Oxşar xəbərlər