“Bizə məlumatlar gəlirdi ki, həbsxanada kiminsə hərarəti var. Belə hərarəti olanlar həbsxana daxilində daxili karantinaya götürülüb. Ancaq hələ ki, bu günə kimi məhkumlar arasında koronavirus pandemiyası aşkar edilməyib”.
Bunu Tehsil-press.az-a açıqlamasında Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Səadət Bənənyarlı deyib. O qeyd edib ki, Komitə üzvləri olaraq daim bu proses nəzarətdə saxlanılıb: “Məhkumların vəziyyəti daim diqqətdədir. Hazırda əfv edilən şəxslərin isə karantinə aparılacağı barədə mənim dəqiq məlumatım yoxdur. Fikrimcə, onlar öz evlərində iki həftəlik karantində qalmalıdırlar”.
Tehsil-press.az