Azərbaycana gələn 4 əcnəbi koronavirus şübhəsi ilə karantinə götürüldü

Azərbaycana gələn 4 əcnəbi koronavirus şübhəsi ilə karantinə götürüldü İrandan Azərbaycana gələn 4 xarici ölkə vətəndaşı koronavirus şübhəsi ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib.
Həmin şəxslərdən 3-ü Çexiya, 1 nəfər isə İtaliyas vətəndaşlarıdır: "Həmin şəxslər fevralın 29-u axşam yerləşdikləri oteldə özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə mərkəzə gətiriliblər. Müayinə olunandan sonra onlar Qobustan Xəstəxanasına köçürülərək karantinə götürülüblər. Hazırda Kliniki Tibbi Mərkəzdə 2 nəfər Azərbaycan vətəndaşı karantində saxlanılır. Onların səhhətləri normaldır, dəyişiklik yoxdur".

Tehsil-press.az



Oxşar xəbərlər