Putin növbəti "G7" sammitinə dəvət edilə bilər

Putin növbəti Rusiya prezidenti Vladimir Putin ABŞ-da keçiriləcək növbəti "G7" sammitinə dəvət edilə bilər.
Bunu ABŞ prezidenti Donald Tramp "G7" sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Boris Conson ilə görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.
ABŞ prezidenti V.Putinin növbəti "G7" sammitinə dəvət ediləcəyi barədə suala cavabında bildirib: "Mən bunu bilmirəm. Lakin bu, tamamilə mümkündür".
D.Tramp həmçinin "G7" sammiti zamanı liderlər Rusiya Federasiyasının kluba qayıtmasını da müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər