Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Rəsmi məlumatda Ərdoğanın Soylunun bu ərizəsini münasib hesab etmədiyi qeyd olunub. “Daxili İşlər Nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verdiyini açıqlamışdı.
Tehsil-press.az