Türkiyənin Daxili İşlər Naziri istefa verdi

Türkiyənin Daxili İşlər Naziri istefa verdi Türkiyənin Daxili İşlər Naziri Əfqan Ala istefa verdi.

Tehsil-press.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, Əfqan Alanın yerinə Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin edilib. Süleyman Soylunun yerinə Mehmet Müezzinoğlu təyin edilib. Əfqan Alanın istefasının səbəbləri barədə məlumat verilmir. Əfqan Əla Daxili İşlər Naziri vəzifəsində 2016-ci il mayın 24-dən çalışıb.


Tehsil-press.az

Oxşar xəbərlər