“Koronavirus testimin müsbət çıxmağını istəyirdim”

“Koronavirus testimin müsbət çıxmağını istəyirdim” MLS təmsilçisi "Atlanta Yunayted"in baş məşqçisi Frank de Bur koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama verib.
Niderlandlı mütəxəssis COVID-19 testinin mənfi çıxmağına təəssüfləndiyini bildirib:
"Koronavirus testim mənfi çıxdı, amma müsbət çıxmağını istəyirdim. Belə olsaydı, xəstəxanaya yerləşdirilib, müalicə olunacaqdım. Sağalıb, immunitetimin güclü olduğunu biləcəkdim".
49 yaşlı çalışdırıcı çempionatların davam etdirilməsini istədiyini söyləyib:
"Oynamağa davam etsəydik, yaxşı olardı. Qaliblər meydanda müəyyənləşməlidir. Niderlandda pis vəziyyətin düzəlməyə doğru getdiyini görürük".

Tehsil-press.az

Oxşar xəbərlər